14:29, 24 Noyabr 2019 (Bazar) 136

Mingəçevirdə “Sükut” sərgisi keçiriləcək

Mingəçevirdə “Sükut” sərgisi keçiriləcək
Noyabrın 22-də ADO teatrında Gəncədən gəlmiş bir qrup gəncin ərsəyə gətirdiyi "Sükut” adlı sərgi keçirilib. 

Yalnız ağ-qara rəsmlərdən ibarət sərgi bullinq və təzyiqlərə məruz qalaraq intihar edən və ölümə məruz qalan şəxslərin xatirəsinə həsr olunur.

Rəssam Təhminə Əlizadə Toplum Tv-yə deyib ki, bu sərgini təşkil etməkdə məqsədləri qadınların cəmiyyətdə psixoloji və fizioloji təzyiqlərə məruz qalmalarını rəsmlərdə göstərməkdir:  "Nələr hiss etdiklərini rəsmlərlə ifadə edərək, onların yerinə özümüzü qoymaq istəyirik. Sərgini bir çox bölgədə təşkil etməyi planlayırıq. Düşünürük ki, bu mövzu bizim cəmiyyətin çox böyük sosial problemidir. İnsanları bu sərgi vasitəsilə bərabərliyi qorumağa səsləyirik”.

Sərginin davamı dekabrın 7-də Mingəçevirdə baş tutacaq.

Aytən Quliyeva