12:41, 19 İyun 2019 (Çərşənbə) 134

Mişel Platini: "Dindirilmə prosesinin olması təbii haldır"

Mişel Platini:


/ DÜNYA
UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.

"Report.az" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

UEFA-nın keçmiş prezidenti Mişel Platini saxlanıldığı müddətdə uzun müddət sorğu-sual olunduğunu deyib.

Platini deyib ki, dindirilmə prosesinin çox çəkməsi təbii haldır: "Bu, sualların çoxluğu ilə əlaqədar idi. Fərqli də ola bilməzdi. Mənə 2016-cı il Avropa və 2018-ci il dünya çempionatı ilə yanaşı FIFA-nın fəaliyyəti haqqında, PSJ və Qətər barədə müxtəlif suallar verdilər".

Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılıb. Onun nümayəndəsi Jan-Kristof Alke iddia edirdi ki, məmuru şahid ifadələrini vermək üçün həbs ediblər. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.