18:37, 18 İyun 2019 (Çərşənbə axşamı) 52

Misirdə türk saytlarına giriş bloklanıb

Misirdə türk saytlarına giriş bloklanıb


/ DÜNYA
Misir hökuməti "Anadolu” agentliyi və TRT-nin internet saytlarına girişin qarşısını alır.

"Hurriyet” xəbər verir ki, Misirin rəsmi mənbələri məsələyə münasibət bildirməyib.

Qeyd olunub ki, hər iki qurumun internet səhifələrinə girmək və mobil məlumat əldə etmək mümkün deyil.

Qeyri-rəsmi mənbələr buna səbəb kimi Misirin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursinin ölüm xəbəri ilə bağlı yayılan məlumatları göstərir.