Siyasət

"Mitinqdə kütləvilik olmayıb" - Deputat

22 Oktyabr, 2019
454
Tahir Kərimli: "Metrostansiyasının mühafizə zonasında YAP da istəsə mitinq keçirə bilməz"
 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

"Müxalifət oktyabrın 19-da Bakının mərkəzində mitinq keçirməyə cəhdlə nəyə nail oldu? Əli Kərimli mitinqdən sonra dedi ki, aksiyada 10 minlərlə insan iştirak edib. Bu, yanlışdır. Əli Kərimlini virtual aləmdə bəzi insanlar dəstəkləyir, elə bilir ki, real həyatda da belədir”, - deyə o, əlavə edib.

T.Kərimli bildirib ki, mitinqdə kütləvilik olmayıb: "Niyə özünüzdən yalanlar uydurursunuz, özünüzü də inandırırsınız? O vaxtlar 100 minlər çıxırdı ki, imperiayadan azad olsun, indi nədən azad olmaq istəyirlər? Hə, dava nədir, sən get, mən yerində oturum... Özləri də bilir ki, idarə edə bilməzlər. Əli Kərimlinin müavinləri mitinqə çıxmadı, haradan bildi ki, 100 minlər onları müdafiə edir? Qanunvericiliyə əsasən, metrostansiyasının mühafizə zonasında mitinq keçirilməsi qadağandır. Guya orada Yeni Azərbaycan Partiyası istəsə, mitinq keçirə bilər? Əlbəttə, yox, çünki orada mitinq keçirmək qadağandır. Görünür, bunlar xaricdən dəstək alırlar”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo