16:42, 29 May 2019 (Çərşənbə) 113

Mixeil Saakaşvili parlament seçkilərində iştirak edəcək

Mixeil Saakaşvili parlament seçkilərində iştirak edəcək


/ DÜNYA
Ukraynada Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Yeni Qüvvələr Hərəkatı Partiyası Ali Radaya növbədənkənar seçkilərdə iştirak etmək niyyətindədir.

Bu barədə M.Saakaşvilinin yaxın silahdaşı David Sakvarelidze bildirib.

O, partiyanın həyata keçirmək istədiyi layihələr və bütöv fəlsəfəsinin nə olduğunu diqqətə çatdırb.

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski M.Saakaşvilinin ölkə vətədaşlığını bərpa etmək barədə fərman imzalamışdı.

Report.az