12:55, 31 Oktyabr 2018 (Çərşənbə) 185

Monqolustan prezidenti aclıq aksiyası keçirəcəyini deyir

Monqolustan prezidenti aclıq aksiyası keçirəcəyini deyir
Monqolustan prezidenti ölkə parlamenti könüllü buraxılmasa, aclıq aksiyası keçirəcəyini deyir. 

O, parlamenti iqtisadi çətinliklərin öhdəsindən gələ bilməməkdə ittiham edir.

"Bloomberg” yazır ki, rezident Kaltma Battulqa bu barədə yerli televiziyaya müsahibəsində danışıb. 
 

Prezidentin qanunvericilik irəli sürmək, veto qoymaq hüquqları məhduddur və daha öncə də parlamentin buraxılmasına dair müzakirələr başlatmaq təklifini irəli sürüb.

Prezident oktyabrın 29-da parlamentin spikerinə məktubunda qanunverici orqanın təcili buraxılmasını müzakirəyə çıxarmağı təklif edirdi. Məktubda deyilir ki, 2016-cı il seçkisi zamanı verilən vədlərə əməl olunmayıb, həmçinin ölkə qanunvericiliyi pozulub.

C1 Televiziyasına müsahibədə prezidentdən soruşublar ki, parlamentin buraxılmasını istəyəndən sonra nə edəcək. "Aclıq aksiyası?” - Battulqa bildirib.

"Hazırda belə bir mərhələyə çatmışıq”, – deyən prezident oturaq aksiya keçirməyi də təklif edib. "Təkliflər göndərməklə müxtəlif yolları sınamışam, bu məsələni də müzakirə etmişik”, – o bildirib.

Prezidentin sözçüsü isə onun aclıq aksiyası məsələsində nə dərəcədə ciddi olmasına şərh verməyib.