13:43, 23 Avqust 2019 (Cümə) 49

Moskva meriyası aksiyaya icazə verməyib

Moskva meriyası aksiyaya icazə verməyib


/ DÜNYA
Moskva Dumasına qarşıdan gələn seçkidə müxalifətin qeydiyyata alınmamış namizədlərindən biri deyib ki, paytaxt meriyası avqustun 31-də keçirilməli olan etiraz aksiyasına icazə verməyib.
 
Bu barədə Azadlıq Radiosu xəbər verib.

Lyubov Sobol avqustun 22-də deyib ki, fəallar "siyasi repressiyalara qarşı etiraz aksiyasının keçirilməsi üçün üç məkan təklif etmişdilər. Lakin bu müraciətlərin hamısı rədd edilib.

Müxalifətçi rədd məktublarını sosial mediada dərc edib. Mətnləri bir-birinə bənzəyən məktublarda deyilir ki, sözü gedən məkanlarda aksiyanın keçirilməsi nəqliyyatın və ictimai infrastrukturun işini poza bilər.

Sobol deyib ki, hakimiyyət orqanları qanuna zidd olaraq aksiya üçün aletrnativ yer təklif etməyib.

Xanım Sobol şəhər bələdiyyəsini "təxribatdan və moskvalılara hörmətsizlikdən əl çəkməyə və onlarınsərbəst toplaşma və ifadə azadlıqlarını təmin etməyə” çağırıb.

Moskvada həftəlik etiraz aksiyaları bir aydan çoxdur ki, davam edir.