15:01, 30 Sentyabr 2019 (Bazar ertəsi) 551

Moskva Şəhər Məhkəməsi aktyorun cəzasını dəyişib

Moskva Şəhər Məhkəməsi aktyorun cəzasını dəyişib


/ DÜNYA
Moskva Şəhər Məhkəməsi aktyor Pavel Ustinovun 3 il yarımlıq həbs cəzasını birillik şərti cəzayla əvəzləyib.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərdə deyilir ki,məhkəmənin sentyabrın 30-da çıxardığı qərarla aktyor üçün iki il sınaq müddəti də təyin olunur.

Ustinov və vəkili tam bəraət istəyirdi, öncəki hökmün ədalətsiz olduğunu bildirirdi. Aktyorun müdafiə komandası sentyabrın 30-da bildirib ki, tam bəraət üçün mübarizəni davam etdirəcəklər.

Sentyabrın 30-da Moskva Şəhər Məhkəməsi aktyor Pavel Ustinov-un şikayətinə baxacaq. Aktyor avqustda etiraz yürüşündə hüquq-mühafizə əməkdaşına hücumda təqsirli bilinərək 3 il yarım həbsə məhkum edilib. Özü isə həmin yürüşdə iştirak etmədiyini deyir.