10:50, 19 Noyabr 2019 (Çərşənbə axşamı) 68

Moskvada Interfax-ın redaktoru itkin düşüb

Moskvada Interfax-ın redaktoru itkin düşüb


/ DÜNYA
Noyabrın 18-də Moskva polisi Interfax xəbər agentliyinin redaktoru Margarita Ignatova-nın itkin düşməsi barədə məlumatları təsdiqləyib.

"Hal-hazırda 1990-cı il təvəllüdlü qadının yeri müəyyənləşdirilir. Anası polisə onun itkin düşməsi barədə məlumat verib, axtarış gedir”, – Moskva polis departamentinin sözçüsü TASS xəbər agentliyinə deyib.

Yerli medianın yazmasına görə, Ignatova-nın anası qızını sonuncu dəfə noyabrın 17-də səhər saat 9-da gördüyünü bildirib. O, anasına kilsəyə getdiyini deyib.

Ancaq 29 yaşlı redaktor özüylə şəxsiyyət vəsiqəsini, mobil telefon, pul götürməyib.

Bir neçə saata evə qayıtmayınca anası Ignatova-nı axtarmağa başlayıb, qızının tez-tez getdiyi kilsəyə baş çəkib.

Ana daha sonra yaxınlıqdakı parka gedib, Ignatova-nın mobil telefonunda ipucuları axtarıb.

Axşam ana qızının itkin düşməsi haqda polisə məlumat verib.

Ana Ignatova-nın heç vaxt belə yoxa çıxmadığını, əvvəllər alkoqol, yaxud narkotik maddə qəbul etmədiyini söyləyib.