09:49, 06 May 2019 (Bazar ertəsi) 82

Moskvada təyyarə qəzası baş verib - Ölənlər Var

Moskvada təyyarə qəzası baş verib - Ölənlər Var


/ DÜNYA
Mayın 5-də Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.

Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb.

Təyyarə yalnız ikinci cəhddə eniş edə bilib. Bu zaman göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olan təyyarə yanmağa başlayıb. Onun quyruq hissəsi tamamilə məhv olub.

Aeroportda operativ qərargah yaradılıb.
 
 


 
Report.az