16:35, 02 Oktyabr 2019 (Çərşənbə) 465

MSK deputatın mandatına xitam verib

MSK deputatın mandatına xitam verib
Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı iclas keçirib.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə deyilir ki, keçirilən iclasda alınan qərara görə R.Cəbrayılovun müraciəti əsasında MSK-nın bu gün keçirilən iclasında çıxarılıb.

Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.