11:55, 21 Yanvar 2020 (Çərşənbə axşamı) 78

MSK DSK-ların qərarlarından şikayətlər əsasında 8 nəfərin deputatlığa namizədliyini qeydə alıb

MSK DSK-ların qərarlarından şikayətlər əsasında 8 nəfərin deputatlığa namizədliyini qeydə alıb
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) indiyə qədər dairə seçki komissiyalarının (DSK) qərarını ləğv edərək deputatlığa namizədliyini qeydə aldığı şəxslərin sayı məlum olub.

APA-nın verdiyi məlumata görə, MSK ötən dövr ərzində DSK-ların 8 qərarını ləğv edib və 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

MSK-nın son iclasına qədər daxil olan 27 şikayətdən 7-i barədə müsbət qərar verilmiş və 7 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı.
 
MSK-nın yanvarın 19-da keçirilən son iclasında deputatlığa namizədliyin qeydə alınmaması ilə bağlı DSK-ların qərarlarından şikayətlə bağlı 9 müraciətə baxılıb və yalnız 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun şikayəti təmin edilərək deputatlığa namizədliyi qeydə alınıb.
 
Beləliklə, ötən dövrdə MSK-ya deputatlığa namizədliyin qeydə alınmaması ilə bağlı DSK-ların 36 qərarından şikayət daxil olub və onlardan 8-i təmin edilib.