12:40, 06 Noyabr 2019 (Çərşənbə) 35

MSK seçkilərlə bağlı efir vaxtı və dərc üçün yer ayıracaq

MSK seçkilərlə bağlı efir vaxtı və dərc üçün yer ayıracaq
Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına 4 kütləvi informasiya vasitəsində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Bu barədə Report.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə həmin KİV-lər bunlardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- "Azərbaycan” qəzeti;
- "Xalq qəzeti";
- "Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.