12:45, 16 Yanvar 2020 (Cümə axşamı) 92

MSK sədri: “Deputatlığa rekord sayda namizəd qeydə alınıb”

MSK sədri: “Deputatlığa rekord sayda namizəd qeydə alınıb”
"Öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb”.

APA-nın məlumatına görə,  bunu bu gün "Seckinin mediada isiqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, dünənə olan məlumata görə, 1534 deputatlığa namizəd qeydə alınıb.