Sosial

Mübariz Mənsimov məhkəmədə çıxış etdi - YENİLƏNİB

13 Yanvar, 2021
560
Mübariz Mənsimov
FOTO: Sosial media 
 
 18:49
 


"Palmali" Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyevanın "Toplum TV"-yə verdiyi məlumata görə, məhkəmə martın 5-dək təxirə salınıb: "Məhkəməyə daha iki şahidin dəvət olunacağı gözlənilir".

Mübariz Mənsimov "Palmali” Şirkətlər Qrupunun yaradıcısı və  prezidenti idi. "Palmali" Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olurdu. Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. O, FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.


16:02

Yanvarın 13-də Türkiyənin Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı Mübariz Mənsimovun növbəti məhkəməsi başlayıb. 

Türkiyədəki diaspora fəalı Aygün Həsənoğlunun "Toplum TV"-yə verdiyi məlumata görə, o, məhkəmədə aşağıdakıları deyib: "Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdi. Men heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad edilməyimi istəyirəm! Mən heç bir zaman dövlətin iradəsinə zidd bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim 10 ay həbsdə qalmam şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmirlət, ailələri pis vəziyyətdədir. Orda olanlar azərbaycanlılar və türklərdir. "Palmali”nin iflas etməsi bir türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5 ci sırada gedən şirkətlərdən biri idi. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına kecməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Eləydisə, bu günə qədər məktəb və xəstəxanaları hansısa dərnəyə və ya bu örgütə hədiyyə edərdim. Mən hamısını inşa etdirdim və dövlətə təslim etdim". 

Mübariz Mənsimovun vəkili Ersan Şen isə məhkəmədə bildirib ki, verilən ifadələrdə cinayəti təsdiq edən dəlil yoxdur: "27 insan ifadə verib. 17-si  leyhine, 10-u əleyhinə. Əleyhinə olanların üslubunu müzakirə etmirəm. Amma, cənab hakim, cinayət şübhəsini göstərəcək bircə dəlil yoxdur!”

Məhkəmə davam edir.

Qızılgül Abdinova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo