20:19, 11 İyun 2019 (Çərşənbə axşamı) 104

Müdafiə nazirləri Qəbələyə gəlib

Müdafiə nazirləri Qəbələyə gəlib
İyunun 11-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qəbələ şəhərinə gəlib.

Məqsəd İyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək olub.

Bu barədə "Report.az" məlumat yayıb.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılacağı bildirilir.