12:06, 06 Mart 2020 (Cümə) 118

Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Bu il Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, görüşə Gürcüstan ev sahibliyi edəcək.

Qeyd olunub ki, Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla üçtərəfli görüş məsələsini müzakirə edib.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli formatda hərbi əməkdaşlığın vacibliyi vurğulanıb. 

APA