20:30, 17 Oktyabr 2020 (Şənbə) 93

Müdafiə Nazirliyi: Ermənistan ordusunun zenit-raket kompleksi məhv edilib (YENİLƏNİB)

Müdafiə Nazirliyi: Ermənistan ordusunun zenit-raket kompleksi məhv edilib (YENİLƏNİB)
 20:30
 
Ermənistan ordusuna məxsus "S-125” zenit raket kompleksi sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin "S-125” zenit-raket kompleksi sıradan çıxarılıb.

Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin hərbi texnikasını məhv etməyə davam edir.
 
  
19:30

Ermənistan ordusuna məxsus BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
 
18:53
 
Ermənistan silahlı qüvvələrinə məxsus "Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib.

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinə məxsus "Tor-M2KM” zenit-raket kompleksləri Azərbaycan ordusu tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd "Tor-M2KM” zenit-raket kompleksi məhv edilib.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir. Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir.

Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.