19:51, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 100

Müdafiə Nazirliyi: Gəncədə Ermənistana məxsus PUA vurulub (YENİLƏNİB)

Müdafiə Nazirliyi: Gəncədə Ermənistana məxsus PUA vurulub (YENİLƏNİB)
Saat 19.30-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Azərbaycan HHM bölmələri tərəfindən məhv edilib. 

19:51

"Gəncədə Ermənistana məxsus PUA məhv edilib". 

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.  

Məlumatda oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildiyi bildirilir.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirilir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.