12:54, 12 Aprel 2019 (Cümə) 196

"Müəllimin döydüyü" deyilən şagird xəstəxanaya yerləşdirilib

Bakıda şagirdin müəllimi tərəfindən döyüldüyü deyilir.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, şagird kəllə beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Qurumun məlumatına görə, hazırda onun müayinələri aparılır.

Döyüldüyü deyilən yeniyetmənin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbin şagirdi olduğu və hadisənin məktəbdə baş verdiyi bildirilir.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya bildirib ki, hazırda hadisə araşdırılır.

BBC News Azərbaycancanın məktəblə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.