17:20, 23 Dekabr 2020 (Çərşənbə) 119

Müharibənin "Dağlıq Qarabağ Respublikası"na vurduğu ziyan açıqlandı

Müharibənin
II Qarabağ müharibəsinin qondarma Dağlıq Qarabağ Respublikasının iqtisadiyyatına vurduğu ziyan onun ümumi daxili məhsulunun (ÜDM) bir neçə illik həcmi ilə müqayisə oluna bilər. 

Bunu "DQR"-in "dövlət naziri” Qriqori Martirosyan dekabrın 23-də "RİA Novosti"yə verdiyi müsahibəsində deyib.

"Düşmənin vurduğu zərər çox böyükdür. İndi onu pul ekvivalentində qiymətləndirmək üçün işlər aparılır, amma artıq indidən demək olar ki, ziyan "respublika"nın bir neçə illik ÜDM-inə bərabərdir. Ziyan ilk növbədə kənd təsərrüfatı və energetika kimi sahələrə dəyib", - Martirosyan bildirib.
 
Onun sözlərinə görə, son hərbi münaqişədən sonra Dağlıq Qarabağın əhalisi "humanitar böhran astanasındadır”. Hərbi əməliyyatların vurduğu ziyan ilk növbədə infrastruktur obyektlərini və vətəndaşların şəxsi mülkiyyətini əhatə edib.

"Hərbi əməliyyatlar nəticəsində ərazilərin çox hissəsinin düşmənin əlinə keçməsi səbəbindən iqtsadiyyatımız kənd təsərrüfatı torpaqlarının və energetika obyektlərinin əksər hissəsindən məhrum olub. Üstəlik, vətəndaşların mülkiyyətinin – daşınmaz əmlak obyektlərinin, şəxsi və kənd təsərrüfatı texnikasının çox hissəsi ya məhv edilib, ya da bizim nəzarətimizdən kənarda qalıb”, - deyə Martirosyan gileylənib.