17:33, 24 Oktyabr 2020 (Şənbə) 97

Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin kreditləri banklar tərəfindən silinəcək

Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin kreditləri banklar tərəfindən silinəcək
Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə ABA-nın üzvləri müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin krediti silinəcəyi barədə qərar qəbul ediblər.

Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, şəhid olan hərbiçilər və mülki şəxslərin kreditlər və digər ödəmələr silinir, yaralanmış hərbiçilərin isə ödəmələri 27 sentaybr tarixindən dayandırılır. 
Həmçinin qeyd edilir ki, döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait, yaralanmış bank əməkdaşlarının ailələrinə isə  üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək. 

ABA-nın məlumatına görə, səfərbər edilən, yaralanan şəxslər haqqında məlumat gizli xarakter daşıdığı üçün bankların bu barədə məlumatı olmur: " Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır. Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir".