Siyasət

Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirusun qarşısını almaq üçün vaxt azalır

23 Fevral, 2020
521
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Çindən kənarda koronavriusa yoluxanların sayı artır və epidemiyanın qarşısını almaq üçün vaxt azalır.

AmerikanınSəsi xəbər verir ki, Çinin şənbə günü verdiyi məlumata görə, ölkə boyu 76.200 insan virusa yoluxub, 2.245 nəfər isə ölüb. Çindən kənarda isə 1.200 nəfər koronarivusa yoluxub, 10-dan çox insan ölüb.

Tedros Çindən kənarda yoluxma hallarının "nisbətən az” olduğunu desə də, Çinlə əlaqəsi olmayan insanlar arasında yoluxma hallarının artması ilə bağlı narahatlığını ifadə edib.

Cənubi Koreya şənbə günü yoluxma hallarının dörd gün ərzində altı dəfə artdığını bildirib. Rəsmilər deyir ki, artıq 87 yeni yoluxma halı var və bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 600-ə çatıb. Onların çoxunun Daequ şəhərindəki kilsə və hospitallarla əlaqəsi olub. Cənubi Koreya Çindən kənarda virusa ən çox insanların yoluxduğu ölkədir. Reuters xəbər verir ki, Samsung Electronics şirkəti Qumi şəhərində mobil cihaz zavodunda koronavirusa yoluxma halının qeydə alındığını bildirib. Zavod bazar ertəsi səhərədək bağlı qalacaq.

Tedros cümə günü deyib: "Ümid edirəm ki, Cənubi Koreya epidemiyanın qarşısını bu erkən mərhələdə almaq üçün əlindən gələni edəcək”.

Ümumdünya Səhiyyə Təşkilatı həmçinin İranda virusa yeni yoluxma halları, habelə bir iranlı səyahətçinin virusu Livana, digərinin isə Kanadaya daşıması ilə bağlı da narahatlığını ifadə edib.

Livan cümə günü koronavirusa ilk yoluxma halının olduğunu açıqlayıb. Bu, İrandan gələn və hospitalda karantində saxlanılan 45 yaşlı qadındır.

İran şənbə günü koronavirus epidemiyası zamanı İraqa dini ziyarətləri dayandırıb.

İranın səhiyyə rəsmiləri cümə günü koronavirusdan daha iki nəfərin öldüyünü bildirib.

İranın səhiyyə nazirliyinin sözçüsü Kianuş Cahanpur deyib ki, yeni yoluxma hallarının Qum şəhəri ilə əlaqəsi olduğunu bildirib ki, çərşənbə günü orada ilk ölüm halları baş verib. İndiyədək İranda 18 yoluxma halı qeydə alınıb, onlardan dördü alınıb.

İran səhiyyə nazirliyinin bir digər rəsmisi Minu Mohraz deyib ki, virusun Qumda işləyən və Çinə səfər edən çinli işçilərdən yoluxduğu güman edilir.

Qonşu Türkiyədə isə səhiyyə naziri Fəxrəddin Qoca deyib ki, rəsmilər İrandan gələn insanlar üzərində yoxlanış aparır və son 14 gündə Quma səfər edən və ya xəstəlik siptomları olan heç kəsi ölkəyə buraxmır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo