İqtisadiyyat

Ümumi daxili məhsul 1 faiz artıb

18 Dekabr, 2018
1136
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. 

Qurumun hesabatında bildirilir ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) 1 faiz artaraq 72 milyard 432,1 milyon manata çatıb. Əvvəlki ilin 11 ayına nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3 faiz, neft sektorunda 0,3 faiz artım qeydə alınıb, əhalinin hər nəfərinə düşən ÜDM 7378,5 manata bərabər olub.

Hesabata əsasən, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz, bitkiçilik məhsullarının istehsalı 6,6 faiz artıb.

Nəqliyyat sektoru üzrə açıqlamaya görə, 11 ayda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5 faiz, sərnişin daşınması 1,4 faiz yüksəlib.

İnformasiya və rabitə xidmətlərinin həcminin dəyər ifadəsində 9,2 faiz artdığı bildirilir.

Dövlət Statistika Komitəsi qeyd edir ki, yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artaraq 47 milyard 368,8 milyon manata çatıb.

11 ayda dövlət büdcəsinə 20 milyard 144,7 milyon manat vəsait daxil olub, büdcədən 19 milyard 670,1 milyon manat vəsait xərclənib.

Noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 281,3 milyon manat olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği noyabrın 1-nə 8 milyard 140 milyon manat göstərilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo