19:29, 09 İyun 2019 (Bazar) 39

Müsavat Gənclər Təşkilatına yeni sədr seçilib

Müsavat Gənclər Təşkilatına yeni sədr seçilib
İyunun 9-da Müsavat Gənclər Təşkilatının VII konfransı keçirilib.
 
Bu barədə Müsavat Partiyasının "facebook" səhifəsində məlumat verilib. 

İclasda əvvəlcə təşkilatın əvvəlki sədri Əbülfəz Sadlıqbəylinin və qurumun NTK-sının hesabatı dinlənilib.

Bundan sonra gizli səsvermə  keçirilib.

Səsvermə nəticələrinə görə  Elman Quliyev Müsavat Gənclər Təşkilatının yeni sədri seçilib.

Elman Quliyevdən əvvəl sədr Əbülfəz Sadıqbəyli olub. O, partiya Nizamnaməsində qeyd edilən yaş məhdudiyyətinə görə istefa verib.