Siyasət

Müsavat Məclisinin partiya rəhbərliyi formalaşıb

4 Noyabr, 2019
345
Müsavat Məclisinin 3 noyabr sessiyasında partiya rəhbərliyi formalaşıb. 

"Basta” məlumat verir ki, gizli səsvermədə Nüşabə Sadıxlı yenidən Məclisin sədri seçilib.

Məclisin katibi postunu Fəridə Ələsgərli, Mərkəzi Nəzarət-Təftiş Komissiyasında boş yerləri Tamilla Axundova və Sadiq Abdullayev tutub.

Divana bu şəxslər düşüb: Almaz Əliqızı, Fəridə Ələsgərli, Könül Alı, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Rafiq İsmayıl, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Yusif Tağı.

Partiya nizamnaməsinə əsasən, Divana partiyanın başqanı Arif Hacılı, Məclisin sədri Nüşabə Sadıxlı da üzvdür.

Məclis Arif Hacılının təqdimatlarını nəzərə alaraq Gülağa Aslanlını Mərkəzi İcra Aparatının rəhbəri, Razim Əmiraslanlını başqanın təşkilat məsələləri üzrə müavini, Fərəc Kərimlini təbliğat məsələləri üzrə müavini, Nemət Kərimlini hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini, Osman Kazımovu hüquq və insan haqları üzrə müavini, Səxavət Soltanlını xarici siyasət məsələləri üzrə müavini vəzifələrinə təsdiqləyib.

İclasda ictimai-siyasi vəziyyət də müzakirə olunub, partiyanın dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılmamasına qərar verilib.

Müsavat Məclisi yerli təşkilatların, Qadınlar, Gənclər qurumlarının sədrlərindən və qurultayda seçilmiş üzvlərdən ibarətdir. Partiya başqanı və sabiq başqan da Məclis üzvləridir.

Partiyanın 13 oktyabr qurultayında başqan, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilib.

Başqan seçkisində 2014-cü ildən bu postu tutan Arif Hacılı qələbə qazanıb, 33 nəfər Məclisə, 9 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına vəsiqə alıb.

Yeni Məclisin 19 oktyabr iclasında 27 boş yerə seçki start götürüb, proses oktyabrın 20-də də davam edib, 7 nəfər Məclis üzvü seçilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo