Siyasət

Müsavat Partiyasının başqan müavini həbs edilib

13 Noyabr, 2019
366
Müsavat Partiyasının aksiyası ilə bağlı saxlanılan partiya fəalları noyabrın 12-də axşam saatlarında sərbəst buraxılsa da, partiya başqanının müavini Razim Əmiraslanlıya 15 sutka inzibati həbs cəzası verilib.

Bu barədə partiyasının mətbuat departamentinin rəhbəri Mustafa Hacılı feysbukda məlumat yayıb. 

O bildirib ki, aksiya öncəsi və aksiya zamanı Bakıda və regionlarda ümumilikdə yüz əllidən çox partiya fəalı saxlanılıb.

Vəkil Nemət Kərimli "Amerikanın Səsi"nə deyib ki, Razim Əmiraslanlı barədə həbsindən üç gün sonra, noyabrın 13-də məlumat öyrənə bilib: "Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı noyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsinin qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 15 sutka inzibati həbsə məhkum edilib".

Daxili İşlər Nazirliyi Müsavat Partiyasının fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Müsavat Partiyasının fəalları noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd edib.

Piket ərəfəsində, səhər saatlarında və cəhd zamanı partiyanın lideri Arif Hacılı da daxil olmaqla onlarla fəal polis tərəfindən saxlanılıb.

Müsavat Partiyasının rəsmiləri bildirib ki, aksiyadan öncəki günlərdə isə yüzdən çox partiya fəalı polis idarə və şöbələrinə dəvət edilərək xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqin şəhərin hüdudları daxilində keçirilməsinə razılıq verməkdən imtina edib və aksiyanı Bakıdan 20 kilometr aralıda yerləşən Lökbatan qəsəbəsində keçirməyi təklif edib.

Partiya mitinqi ləğv edib və noyabrın 12-də şəhər administrasiyasının binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket keçirəcəyini bildirib. Amma icra hakimiyyəti bu piketə razılıq verməkdən imtina edib.
 
Noyabrın 12-də Müsavat Partiyasının fəalları aksiya keçirməyə cəhd edib, aksiya zamanı saxlanılanlar olub. 
 
Zərifə Novruz


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo