10:20, 14 Oktyabr 2019 (Bazar ertəsi) 2594

Müsavat Partiyasının başqanı bəlli oldu - VİDEO

 
Oktyabrın 13-də Müsavat Partiyasının 9-cu qurultayı baş tutub.

Qurultay Bakının Binəqədi rayonunda yerləşən "Büllur” sarayında keçirilib.

Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürüb: hazırkı başqan Arif Hacılı, məclis üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu. 

Seçkinin nəticələrinə görə,Yadigar Sadıqlı 20 ,Tofiq Yaqublu 51, Arif Hacılı 262 səs toplayıb.
 
Səsvermə nəticəsində Arif Hacılı  yenidən Müsavat Partiyasının başqanı seçilib.
 
Hazırladı: Zərifə Novruz