18:46, 12 Noyabr 2019 (Çərşənbə axşamı) 51

Müsavat Partiyasının başqanı sərbəst buraxılıb

Müsavat Partiyasının başqanı sərbəst buraxılıb
Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

Bu barədə partiya sədri özü məlumat yayıb.

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısına təyin etdiyi 12 noyabr piketi ilə bağlı 10-dan çox müsavatçı saxlanılıb.
 
Partiyadan verilən məlumata görə, müsavatçılar - Qəzənfər Baxışov, Mərdan Mehdili Mustafa Hacıbəyli, Valeh Hümmetoğlu, Qədim Soltanlı, Ramiz Xəlil, Zakir Məmmədzadə, İsa Alıyev saxlanılaraq polis idarələrinə aparılıb.

Müsavat Partiyası noyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. 

İcra Hakimiyyəti Lökbatan qəsəbəsində tədbirin keçirilməsinə icazə verib. Buna etiraz əlaməti olaraq partiya noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək qərarına gəlib.