17:51, 09 Oktyabr 2019 (Çərşənbə) 866

Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib

Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib
Müsavat Partiyasının oktyabrın 12-də keçiriləcək qurultayı bir gün sonra, oktyabrın 13-də baş tutacaq.

Bu barədə Müsavat Partiyasının başqanı - başqanlığa namizəd Arif Hacılı namizədlərin debatında deyib.

O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması üçün etdiyi müraciətə baxılıb.

Qurultayın oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Müsavat Partiyasının başqanı vəzifəsinə hazırkı başqan Arif Hacılı, partiya Divanının üzvləri - Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.
 
Oktyabrın 12-də Müsavat partiyasının namizədlərinin debatı baş tutub. Depatda aparıcı müstəqil jurnalist İzolda Ağayev olub. Üç namizəd - Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı debatda iştirak edib jurnalistlərin suallarını cavablandırıblar. 
 
Aytac Ağazadə