Siyasət

Müsavat Partiyasının üzvləri kütləvi şəkildə saxlanılır

12 Noyabr, 2019
411
Müsavat Partiyasının bir neçə fəalı noyabrın 12-də səhər saatlarında saxlanılaraq polis bölmələrinə aparılıb. 

Bu barədə partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı Toplum.tv-yə məlumat verib.

Onun sözlərinə görə, partiyanın Siyəzən təşkilatının sədri Mərdan Mehdilini, Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlunu, Xətai təşkilatının sədri Qəzənfər Baxışovu evlərindən aparıblar.

Partiya başqanının müavini Razim Əmiraslanlının barəsində isə məlumat yoxdur. O, noyabrın 11-də səhər Binəqədi Rayon Polis İdarəsinə çağırılıb", - Gülağa Aslanlı qeyd edib.   
  
Partiya rəsmisi bildirib ki, Müsavatın mətbuat katibi Mustafa Hacıbəylinin telefonuna zəng çatmır: "Mustafa Hacıbəyli səhər evdən çıxıb. Çox güman ki, onu da yolda saxlayıblar".

Sumqayıtda polis Müsavat fəalı Bərşad Cümşüdlünün mənzilinə gəlib. 

Gəncədə  müsavatçılar Cahangir Əmirxanlı, Vidadi Həsənli və Oqtay Zeynalova saat 10:00-da polisə getmək tapşırılıb.

G.Aslanlı qeyd edib ki, kütləvi saxlanmalarda məqsəd Müsavat Partiyasının bu gün saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirəcəyi piketi pozmaqdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, noyabrın 12-də səhər polis və mülki geyimli şəxslər partiyanın mənzil-qərargahını əhatəyə alıblar: "Mənzil-qərargaha gələnlər dərhal saxlanılır”.

Müsavat partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında icazəsiz piket təşkil edib. Buna səbəb BŞİH-nin partiyanın icazəli mitinq müraciətinə müsbət cavab verməməsidir. 

Aytac Ağazadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo