18:57, 15 İyul 2019 (Bazar ertəsi) 85

Müsavatçı gənclərin piketinə icazə verilmədi

Müsavatçı gənclərin piketinə icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında piket keçirməsinə icazə verməyib.

Bu barədə Gənclər Təşkilatının sədri Elman Quliyev feysbuk sosial şəbəkəsində məlumat yayıb. 

BŞİH-dən verilən cavaba görə, İran və Ermənistan dövlətlərinin ''birgə silah istehsalına'' etiraz etmək, Bakı Şəhər İcra hakimiyyətinin məqsədinə uyğun deyil. 
 


MGT sədri bu qərarı sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirib. 

O deyib ki, rəsmi Bakı İran və Ermənistan arasında hərbi əməkdaşlığa etiraz etməli, bunun qarşısını almaq üçün təsirli tədbirlər görməlidir.

Müsavatçı gənclər iyulun 17-də Ermənistanın İranla birgə silah istehsalı qərarına etiraz etmək üçün İran səfirliyi qarşısında piket keçirməyi planlaşdırıblar. Lakin onların BŞİH-ə müraciəti qəbul olunmayıb.

Şəhla Abbas