15:41, 05 Noyabr 2019 (Çərşənbə axşamı) 145

Müxalifətin dəyirmi masası baş tutub - VİDEO

Noyabrın 5-i saat 14-də Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında siyasətçilərin və ictimai xadimlərin dəyirmi masası başlayıb. Dəyirmi masa qapalı keçirilir.

Müsavat başqanı Arif Hacılının dəvəti əsasında dəyirmi masaya Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli, Xalq Partiyasının sədri Pənah Hüseyn, sabiq səhiyyə naziri Əli İnsanov, jurnalist Mehman Əliyev, politoloq Hikmət Hacızadə qatılıb.

Tədbirə dəvət alan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli və Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov ölkə xaricindədirlər.

 
Zərifə Novruz