17:20, 11 Fevral 2020 (Çərşənbə axşamı) 284

Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılar

Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılar
"Hərəkət" seçki blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədi Rəbiyyə Məmmədova və Müsavat Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Elman Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında oturaq aksiyaya qərar veriblər. 

Onlar seçkilərin total saxtalaşdırılmasına etiraz edir və nəticələrin ləğvini tələb edirlər.

Rəbiyyə Məmmədova aksiyanın davam edəcəyini deyir. O, MSK-nın qarşısında "Saxtakarlığa son" şüarı səsləndirib.