17:13, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 30

NATO-nun keçmiş baş katibindən Gürcüstanın üzvlüyü ilə bağlı açıqlama

NATO-nun keçmiş baş katibindən Gürcüstanın üzvlüyü ilə bağlı açıqlama


/ DÜNYA
NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin Tbilisidə keçirilən "İndi nə?” beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlər Gürcüstanda narazılıqla qarşılanıb.

"Report”un verdiyi xəbərə görə, A.F.Rasmussen tədbirdə çıxışı zamanı bildirib ki, Gürcüstanda ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri olmadan NATO-ya üzvlük məsələsi müzakirə olunmalıdır.

NATO-nun sabiq baş katibinin fikirlərinə münasibət bildirən parlament çoxluğunun rəhbəri Gia Volski bildirib ki, istənilən beynəlxalq təşkilat Gürcüstanı beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində qəbul etməlidir.

O deyib ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzvlüyü məsələsi qəbuledilməzdir.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili, öz növbəsində, ölkənin NATO-ya birmənalı şəkildə Abxaziya və Cənubi Osetiya bölgələri ilə birgə üzv olacağını deyib.

"Gürcüstanın ərazi bütövlüyünü NATO, Avropa İttifaqı və əksər dövlətlər tanıyır" - o, qeyd edib.