13:56, 11 İyul 2019 (Cümə axşamı) 96

NATO və Rusiya arasında görüş Bakıda olub

NATO və Rusiya arasında görüş  Bakıda olub


/ DÜNYA
İyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Tod Ueltersin görüşü olub.

Amerikanın səsi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üçün mümkün tədbirləri müzakirə edib.

"Hərbi komandanlar Avropa və qlobal təhlükəsizlik, Rusiya-NATO təmas xəttində insidentlərin aradan qaldırılması üçün mümkün tədbirlər, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyada vəziyyət barədə fikir mübadiləsi aparıb," məlumatda deyilir.