Siyasət

Navalnı Trampı susqunluqda ittiham etdi

19 Oktyabr, 2020
349
Müxalif lider Merkel və Makronu Trampa nümunə göstərib

Rusiya Korrupsiyayla Mübarizə Fondunun (KMF) rəhbəri Aleksey Navalnı ABŞ prezidenti Donald Trampı "Noviçok" hadisəsinə susqun qalmaqda ittiham edib. 

Bu barədə o, "CBS News" kanalına müsahibəsində danışıb. 

Müxalif lider onun "Noviçok" maddəsiylə zəhərlənməsinə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq, ABŞ prezidentinin etinasız yanaşdığına diqqət çəkib. "Hər kəsin, ilk növbədə isə ABŞ prezidentinin 21-ci əsrdə kimyəvi silahdan istifadəni qınaması olduqca vacibdir", - deyə Navalnı vurğulayıb. 

ABŞ-da 3 noyabrda keçiriləcək prezident seçkilərində Trampın rəqibi olan Co Bayden də dövlət başçısının susqunluğunu tənqid edib. Demokrat namizədin fikrincə, hazırkı prezident sadəcə olaraq, Vladimir Putinə qarşı çıxmaq iqtidarında deyil. 

Aleksey Navalnı bu ilin avqustunda Sibirdə bir tədbirdə iştirak edərkən, qadağan olunan "Noviçok" kimyəvi maddəsiylə zəhərlənib. 

Onun həyatını son anda xilas etmək mümkün olub. Sui-qəsd cəhdinin arxasında Rusiya hüquq-mühafizə orqanlarının dayandığı iddia edilir. Bir sıra Avropa ölkələri hadisəylə əlaqədar olaraq, rusiyalı rəsmilərə sanksiyalar tətbiq ediblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo