19:39, 07 Avqust 2018 (Çərşənbə axşamı) 264

Naxçıvan Sahibkarlığa Kömək Fondu publik hüquqi şəxsə çevrilib

Naxçıvan Sahibkarlığa Kömək Fondu publik hüquqi şəxsə çevrilib
Avqustun 7-dəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ləğv olunaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

"Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və "Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiqlənib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.