17:27, 27 Noyabr 2019 (Çərşənbə) 34

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib
Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

Bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir.

Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

Bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.