10:40, 05 İyul 2019 (Cümə) 40

Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur

Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur


/ DÜNYA
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonun Kral Məhkəməsində polisə hücumda ittiham edilib.

Bu barədə BBC xəbər verirb.

Xəbərdə deyilir ki, məhkəmədə ilkin dinləmələrin gedişatında bildirib ki, 28 yaşlı Aysultan narkotik maddənin təsiri altında polislərə müqavimət göstərib. O, asayiş keşikçisini vurub və dişləyib.

Dövlət ittihamçı Qreqor Makkinli bildirib ki, hadisə Londonun mərkəzində mehmanxanalarından birində olub. A.Nazarbayev eyvanda intihar edəcəyi ilə hədələyib.

O, həbs olunub, lakin təqsirini etiraf etməyir.

Nazarbayev bütün iclas boyu heç bir söz deməyib, ancaq prosesdə ona suallar da ünvanlanmayıb.

Daha əvvəl London polisində bildirilib ki, Qazaxıstanın sabiq prezidentinin nəvəsi A.Nazarbayev intihar etmək istəyib.