18:11, 27 Noyabr 2019 (Çərşənbə) 70

Nazir: "111 terrorçu dağa qaçıb"

Nazir:


/ DÜNYA
"Antiterror əməlliyatında 111 terrorçu dağa qaçıb”. 

"Habertürk”ün məlumatına görə, Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Beştəpə qərargahında keçirilən toplantıda belə deyib.

"Böyük bir mübarizə içərisindəyik. Həm Türkiyə daxilində, həm də ölkə xaricində terrorla mübarizə aparılmaqdadır. Türkiyə daxilində terrorçu sayı təxminən 500-ə qədər azaldılıb. 2020-ci ildə Türkiyənin bütün hazırlığı 500-ü sıfırlamaq üçün qurulacaq. Girə biləmədiyimiz terrorçu yuvası qalmayacaq”,- Soylu bildirib.

Onun sözlərinə görə, öz razılığı ilə təslim olan terrorçuların sayı 233 nəfərdir.

Daha əvvəl isə Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin bundan əvvəl olduğu kimi bundan sonra da terror təşkilatları arasında ayrı-seçkilik qoymadan mübarizəsinə davam edəcəyini söyləyib.

Çavuşoğlu təhlükəsizliyin bölünməzliyi prinsipi çərçivəsində müttəfiqlərin də Türkiyə ilə həmrəylik ortaya qoymasının ən təbii və ən qanuni gözləntisi olduğunu vurğulayıb.

Roza Məmmədova