Azərbaycan qazının Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Avropaya nəqli üçün hər şey hazırdır.
Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.
O bildirib ki, TANAP-ın ikinci hissəsinin açılışı ilə bu layihə tamamilə başa çatacaq.
Nazirin sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqlinin növbəti mərhələləri Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasında irəliləyişlərdən asılıdır.
TANAP-ın ikinci mərhələsinin açılışı noyabrın 30-da Ədirnə vilayətinin İpsala rayonunda baş tutacaq.
TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
XƏBƏRLƏR