12:35, 22 Oktyabr 2019 (Çərşənbə axşamı) 41

Nazir: “Gürcüstanı Azərbaycanla əlaqələndirən mühüm yol inşa edilir”

Nazir: “Gürcüstanı Azərbaycanla əlaqələndirən mühüm yol inşa edilir”
"Gürcüstan hökuməti ölkədə mövcud dəmir yollarının modernləşdirilməsinə investisiya yatırmaqla yanaşı, ölkəni Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələndirən olduqca əhəmiyyətli yollar inşa etdirir”.

Bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili Beynəlxalq Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Nazir deyib ki, hazırda ölkədə Şərq-Qərb avtomagistralı çərçivəsində yeni yollar tikilir və bu yollar daha sürətli, etibarlı və təhükəsiz olacaq.

M.Tskitişvili vurğulayıb ki, Gürcüstanda Qara dənizdə mövcud limanların inkişafı və Anaklia dərin dəniz limanı layihəsinə də dəstək göstərilir: "Bu layihələr Gürcüstana İpək Yolunun tələblərinə daha yaxşı cavab verməsi üçün imkanlar yaradacaq”.
 
Oktyabrın 22-də Gürcüstanın paytaxtında "Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u keçirilir. İki gün davam edəcək konfransda 60 ölkədən 1000-dən çox nümayəndə iştirak edir.
 
Tədbiri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açaraq ölkəsinin iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, investisiya imkanları barədə danışıb. O, Gürcüstanın tarixi İpək Yoluna böyük önəm verdiyini bildirib.