14:27, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 97

Nazir OPEC-in görüşünə qatılacaq

Nazir OPEC-in görüşünə qatılacaq
Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 4-dən 7-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasına qatılacaq. P.Şahbazov dekabrın 7-də isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşündə iştirak edəcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin planlaşdırıldığı da deyilir.

Azərbaycan 2016-ci ildən OPEC ilə dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə iştirak edir.

Toplantının məqsədi dünya bazarında neftin qiymətinin qaldırılması üçün gündəlik hasilatı 1.2 milyon barel azaltmağa nail olmaqdır.