14:49, 15 Fevral 2019 (Cümə) 358

Nazir tələbələrə kreditdən danışdı

Nazir tələbələrə kreditdən danışdı
"2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək".

Azərbaycan təhsil naziri Ceyhun Bayramov bunu Azərbaycan Dövlət Televiziyasına bildirib.

C.Bayramov deyib ki, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər hazırda da davam etdirilir: «Bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi gələcəyə hədəflənməli, bu sahədə işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası yaradılmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsaslanılmalıdır».

C.Bayaramov bu məsələdə hər zaman dövlətin dəstəyinə ehtiyac olduğunu söyləyib.

Nazir tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrupun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə iş apardığını və yekun layihənin yaxın zamanlarda hökumətə təqdim olunacağına ümid etdiyini söyləyib.