Sosial

Nazirlə görüşdən narazı qalan hərbçi ailələri

13 Noyabr, 2018
1174
Noyabrın 13-də11 min manat birdəfəlik müavinətin ödənilməsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar.

Onlar həlak olan yaxınlarının haqları ilə bağlı bir sıra şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları vurğulayıblar ki, prezidentin fərmanına əsasən, Qarabağ uğurunda döyüşlərdə həlak olan yaxınlarına verilməli olan birdəfəlik müavinəti ala bilmirlər.

Keçmiş hərbi qulluqçuların doğmaları deyiblər ki, onları nazirlikdəki məmurlar qəbul etmək istəyir, amma birbaşa nazirin özü ilə görüşmək istəyirlər. Sonradan onlar nazir Sahil Babayevlə qəbula yollanıblar.

"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüş 40 dəqiqəyə yaxın çəkdi".

Bunu qəbulda iştirak edənlərdən Sevinc Quluzadə Azadlıq Radiosuna bildirib.

Onun sözlərinə görə, görüş nazirliyin akt zalında keçirilib və 110 nəfər təmsilçi orada iştirak edib.

S.Quluzadənin dediyinə görə , görüş səmərəsiz başa çatıb:

"Yenə də suallarımıza cavab ala bilmədik. Bizi müavinətin verilməsiylə bağlı narahat edən suallar cavabsız qaldı. Yenə də məlum olmadı ki, nazirlik nəyə əsaslanıb deyir ki, bəzi ailələr müavinətləri alıblar. Ortada bunu sübut edən bank qəbzi və sənədlər yoxdur".

Narazı ailə üzvləri yenidən Prezident Administrasiyası önündə toplaşmaq niyyətindədirlər.

Qəbulda iştirak edənlərin bu açıqlamasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Prezident İlham Əliyev bu ilin aprelində 1991-97-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlara 11 min manat müavinət verilməsi barədə sərəncam imzalayıb. Bu il oktyabrın 9-dan sənədlərin qəbuluna başlanılıb. Amma sənəd təqdim edən bir çox hərçilərin ailələrinə həmin vəsaiti aldıqlarını bildiriblər. Ailələr isə hesab edir ki, qabaqlar müavinət almayıblar. Onlar problemin araşdırılması üçün dəfələrlə Milli Məclisə və Prezident Administrasyasına və digər qurumlara müraciət edib. Amma məsələ hələ də həllini tapmayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo