10:25, 17 Fevral 2020 (Bazar ertəsi) 104

Nazirlər Liviyaya silah embarqosuna hörmətə və atəşkəsin bərpasına çağırıb

Nazirlər Liviyaya silah embarqosuna hörmətə və atəşkəsin bərpasına çağırıb


/ DÜNYA
Bazar günü Almaniyada bir araya gələn onlarla ölkənin xarici işlər nazirləri uzunmüddətli müharibə ilə silah embarqosuna riayət edilmədiyinə dair razılıq əldə etdikdən sonra Liviyaya silah embarqosuna hörmət göstərilməsi və atəşkəsin bərpa edilməsinə çağırıb.

AmerikanınSəsi xəbər verir ki, Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində keçirilən görüşdə Almaniya və BMT döyüş tərəflərinə hərbi yardım yollarının kəsilməsinə çalışıb.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, liderlərin yanvarın 19-da keçirdikləri Berlin müzakirələrində silah satışına riayət edilmədiyi və döyüşlərin artdığına dair qənaətə gəlinib.

Almaniya kansleri Angela Merkel 12 ölkənin lideri, BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasını Berlində bazar günü keçirilən zirvə toplantısına dəvət edib. Almaniyanın aylardır davam etdirdiyi diplomatik kampaniya BMT-nin baş katibi Antonio Quterreş və onun Liviya üzrə xüsusi elçisi Ğassan Salamenin Liviyada döyüşlərin dayandırılması səylərinin gücləndirilməsinə yönəlib.

Berlin sammitində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezideni Emmanuel Makron, İtaliyanın baş naziri Cuzeppe Konte, Britaniyanın baş naziri Boris Conson və ABŞ dövlət katibi Mayk Pompeo iştirak edib.

2011-ci ildə Liviyanı uzun illər idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkə xaos və qarışıqlığa sürüklənib. Liviya müxtəlif tərəflərin dəstəklədiyi iki rəqib administrasiya arasında bölünüb: BMT tərəfindən tanınan baş nazir Fayez Sərracın Tripolidə hökuməti və ölkənin şərqində general Həftarın rəhbərlik etdiyi administrasiya.