14:49, 12 İyun 2019 (Çərşənbə) 92

Nazirlik: "Bakıda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli bina tikiləcək"

Nazirlik:
Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli bina inşa ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı xəbər verib. 

Binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutulub.

Məlumata görə, bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.