15:43, 14 Oktyabr 2019 (Bazar ertəsi) 423

Nazirlik bəzi şəxslərə sosial yardımı dayandırıb

Nazirlik bəzi şəxslərə sosial yardımı dayandırıb
Artıq 2 minədək şəxsə ünvanlı dövlət sosial yardımının ödənilməsi dayandırılıb.

Bu barədə Trend məlumat verib. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, bu gün təqribən 70 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir, bu isə 280 min insanı əhatə edir.

S.Babayev əlavə edib ki, elektron auditlər zamanı ünvanlı dövlət sosial yardımı təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır: "Məsələn, ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır. Yəni bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, elektron sistemlərə saxta informasiyalar ötürülür".

Nazir saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlərin görüləcəyini vurğulayıb.