17:47, 25 Sentyabr 2019 (Çərşənbə) 44

Nazirlik: "Plastik torbaların istifadəsi iləbağlı təkliflər planı hazırdır"

Nazirlik:
"Plastik torbalarla bağlı təkliflər planı hazırdır və razılaşdırma mərhələsindədir".

APA İA verdiyi məlumata görə,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasətinin şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, eyni zamanda alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in dövlət qurumlarına təqdim etdiyi təkliflər tezliklə qəbul olunsa, onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olmaq mümkündür: "Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır".